...

Azərbaycanda məktəbli koronavirusdan vəfat etdi

Cəmiyyət Materials 13 Oktyabr 2021 10:52 (UTC +04:00)
Azərbaycanda məktəbli koronavirusdan vəfat etdi

Bakı. Humay Ağacanova - Trend:

Sumqayıt şəhərində koronavirusa yoluxan 9-cu sinif şagirdi xəstəxanada vəfat edib.

Sumqayıt şəhər Yusif Məmmədəliyev adına tam orta məktəbdən Trend-ə verilən məlumata görə, məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.

Qeyd edilib ki, oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib:

"Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq, vəfat edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti