...

Qaxda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2021 16:51 (UTC +04:00)
Qaxda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş DİN Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Emil Fətəliyevin il mərasimi keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata gorə, Qax rayonunun Qorağan kəndində keçirilən anım mərasimində Daxili İşlər Nazirliyinin təmsilçiləri, Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə Emil Fətəliyevin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi yad edilib.

Çıxış edənlər şəhidin Vətən müharibəsindəki şücaətindən, onun şərəfli döyüş yolundan söz açıblar. Zəngilan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Emil Fətəliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti