...

İlahiyyat İnstitutunun dosenti Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2021 10:09 (UTC +04:00)
İlahiyyat İnstitutunun dosenti Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova İstanbul Universitetinin təşkilatçılığı ilə keçirilən “İslam elmlərinin təşəkkülü və formalaşmasında hicri ikinci əsrin yeri” mövzusunda beynəlxalq simpoziumda onlayn formatda iştirak edib.

“Belə demişdir Əbu Mixnəf: məqtəlül-hüseynlərin məzmun və üslubuna təsiri baxımından ən məşhur ərəbcə məqtəli yenidən oxumaq” mövzusunda çıxış edən dosent E.Əzizova müsəlman xalqlarının yazılı mirasında mühüm yer tutan tarixi-ədəbi mətnlər kimi məqtəllərin ən məşhur ərəbcə nümunəsinin – VIII əsr (hicri II əsr) ərəb tarixçisi Əbu Mixnəfin “Məqtəlül-Hüseyn”inin – daha sonrakı məqtəl əsərlərinə təsirindən bəhs edib. Əbu Mixnəfin məqtəlinin ərəbdilli və türkdilli məqtəllərə təsirini müqayisəli şəkildə təhlil edən məruzəçi, məqtəllər nümunəsində tarixi əsərin tarixi-ədəbi əsərə çevrilmə prosesini nümunələrlə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti