...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 10 Noyabr 2021 16:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 403 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 086, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 998, buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 319 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 941 341, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 001 669, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 442 475, buster doza üzrə vaksinasiya olunanların sayı isə 497 197 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti