...

Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Cəmiyyət Materials 11 Noyabr 2021 10:35 (UTC +04:00)
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

Bakı. Çingiz Səfərli - Trend:

Paytaxtda müşahidə olunan güclü şimal-qərb küləyinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

Bu barədə Trend-ə Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

"Noyabrın 12-si gündüz, 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gündən etibarən ölkə ərazisində hava şəraiti dəyişib. Noyabrın 11-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti