...

Dünyada epidemioloji vəziyyət qənaətbəxş deyil, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist

Cəmiyyət Materials 16 Noyabr 2021 10:36 (UTC +04:00)
Dünyada epidemioloji vəziyyət qənaətbəxş deyil, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist

Bakı. Çingiz Səfərli - Trend:

Yoluxma sayındakı rəqəmlər deməyə əsas verir ki, dünyada və regionda koronavirusla bağlı epidemioloji vəziyyət qənaətbəxş deyil.

Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nicat Əzimli deyib.

O bildirib ki, müalicə üçün müraciət edən xəstələrin sayında da ötən dövrlərlə müqayisədə artımlar nəzərə çarpır.

"Təbii ki, bir sıra amillər yoluxmaların artmasına səbəb olur və biz artım tendensiyasını qonşu ölkələrdə də müşahidə edirik. Məsələn, Rusiyada gündəlik 40 minə yaxın, Türkiyədə 30 minə yaxın yoluxmanın qeydə alınması bizi koronavirusa qarşı ciddi tədbirlər görməyə sövq edir. Eyni zamanda mövsüm və digər faktorların da xəstəliyin yayılmasında rolu böyükdür. Yeni dalğalar zamanı ölüm hallarının az olması, virusa qarşı müqavimətimizi güclü saxlamağımız üçün vaksinasiya olduqca önəmlidir. Epidemioloji vəziyyəti yaxşılaşdırmaq üçün əlimizdəki vasitələrdən lazımi səviyyədə istifadə etməliyik. Bu baxımdan vaksinasiyanın sürətləndirilməsi olduqca vacibdir", - deyə N.Əzimli əlavə edib.

Qeyd edək ki, pandemiya başlayandan bu günə kimi dünyada 5 milyondan çox insan COVID-19 səbəbindən həyatını itirib, 254 milyondan çox insan isə infeksiyaya yoluxub. Hazırda ən çox ölüm halı ABŞ, Hindistan və Braziliyada qeydə alınır. ABŞ və Hindistanda virusdan gündəlik ölənlərin sayı 500-dən yuxarıdır.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti