...

Yaşadığı yeri tərk edən koronavirus xəstəsi barəsində cinayət işi açıldı

Cəmiyyət Materials 12 Noyabr 2021 11:36 (UTC +04:00)
Yaşadığı yeri tərk edən koronavirus xəstəsi barəsində cinayət işi açıldı

Bakı. Trend:

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Trend-in məlumatına görə, “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, noyabrın 5-də yaşayış yerini tərk etmiş Şəki şəhər sakini R.Məmmədov barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti