...

Xocasəndə 2000-dən çox ağac əkilib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2021 13:39 (UTC +04:00)
Xocasəndə 2000-dən çox ağac əkilib (FOTO)

Bakı.Çingiz Səfərli - Trend:

"Yaşıl Marafon" ağacəkmə kampaniyasında digər qurumlar da böyük coşqu ilə iştirak edir.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində növbəti genişmiqyaslı ağacəkmə aksiyaları bu gün Bakının Xocasən və Müşfiqabad qəsəbələrində və bütün bölgələrdə keçirilib.

Trend-in məlumına görə, Ekologiya və Təbii Sərvətlər və Təhsil Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin və tələbələrin iştirakı ilə Xocasən qəsəbəsində keçirilən ağacəkmə zamanı Abşeron yarımadasının iqliminə uyğun 2000-dən çox müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində keçirilən ağacəkmə tədbirlərində dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, könüllülərin, ictimaiyyət nümayəndələrinin, təbiətsevərlərin böyük coşqu ilə iştirak etməsi ətraf mühitin qorunması, yaşıllıqların artırılması ilə yanaşı, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına töhfə verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi builki payız ağacəkmə aksiyalarına da böyük ruh yüksəkliyi ilə qoşularaq dəstək olan media və ictimaiyyət nümayəndələrinə və bütün tərəfdaşlarına təşəkkürünü bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti