...

Hakimliyə namizədlər üçün imtahan keçirilib

Cəmiyyət Materials 1 Dekabr 2021 15:51 (UTC +04:00)
Hakimliyə namizədlər üçün imtahan keçirilib

Bakı. Humay Ağacanova - Trend:

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

DİM-dən Trend-ə verilən məlumata görə, yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 93 namizəd iştirak edib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi Dövlət İmtahan Mərkəzində, özünün qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti