...

Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək

Cəmiyyət Materials 1 Dekabr 2021 17:24 (UTC +04:00)
Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək

Bakı. Humay Ağacanova - Trend:

Bakıda həkim potensialı böyük olan xəstəxanalarda çalışan tibb işçilərinin bölgələrdə həkim çatışmazlığı olan xəstəxanalara təhkim edilməsi planı var.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov “Tibbi sığorta saatı”nda “Səhiyyədə dövlət-özəl sektor əməkdaşlığı” mövzusunda sualları cavablandırarkən deyib.

O qeyd edib ki, sözügedən planla bağlı əməkhaqqı qaydalarında da yeni yanaşma, həmin həkimlərə fiks ödənişlər nəzərdə tutulub.

“Təhkimolunan həkimin qalma və kommunal xərcləri Agentlik tərəfindən ödəniləcək. Bundan əlavə, xaricdə təhsil alan peşəkar həkimlərin də sistemə cəlbi üçün yeni işlər aparılır. Yeni qaydalar təsdiq olunmaq mərhələsindədir. Türkiyədə təhsil alan 10-dan çox mütəxəssis dövlət tibb müəssisələrində işə başlayıb. Bölgələrdə hansı ixtisas çatışmırsa, onun araşdırması aparılır, bununla bağlı müvafiq köməklik göstəriləcək”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti