...

İnnovasiyaların idarəolunması və TRİZ İnstitutunun nümayəndələri Milli Aviasiya Akademiyasında (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2021 18:17 (UTC +04:00)
İnnovasiyaların idarəolunması və TRİZ İnstitutunun nümayəndələri Milli Aviasiya Akademiyasında (FOTO)

Bakı. Trend:

9 dekabr 2021-ci il tarixində Milli Aviasiya Akademiyasının dəvəti ilə “İnnovasiya Menecmenti və TRİZ” İnstitutunun İdarə Heyətinin sədri prof. Ali Kutvanın və həmin institutun icraçı direktoru Natiq Əliyev təhsil müəssisəsini ziyarət ediblər.

Qonaqlar Milli Aviasiya Akademiyasının “Mülki aviasiya tarixi” muzeyi, Uçuşların Təlim Mərkəzi, Tələbələrin Yaradıcılıq Evi, Aviamodelçilik laboratoriyası və s. yaxından tanış olublar.

Sonra qonaqları Akademiyanın birinci prorektoru Ədalət Səmədov salamlayıb və professor-müəllim heyəti dəirmi masada TRİZ texnologiyasının mülki aviasiyanın həm tədris, həm praktiki, həm də inkişafında vacibliyini, bu işdə TRİZ Masterlərin bilavasitə iştirakı imkanlarını müzakirəsinə başlanıldı.

Giriş sözu ilə Milli Aviasiya Akademiyasının elmi katibi проф. Xəqani Abdullayev TRİZ texnologiyasının aviasiya sahəsində tətbiqinin xüsusi perspektivli rolunu qeyd edib.

Professor Ali Kutvan rəhbərlik etdiyi institutun beynəlxalq əlaqələrindən istifadə etməklə aşağıdakı işlərin görülməsi əhəmiyyətli olduğunu qeyd etdi:

-40+40 saat proqramı üzrəMilli Aviasiya Akdemiyasında TRIZ müəllimlərinin hazırlanması,

-TRIZ kursları üçün tədris materiallarının və dərsliklərin hazırlanması və uyğunlaşdırılması, TRIZ kurs proqramlarının hazırlanması;

-Milli Aviasiya Akademiyasında TRIZ üzrə eksperimental kursların təşkili və təlim proqramlarının tərtib edilməsi;

-Tələbələrin TRIZ üzrə biliklərin tətbiqi üzrə fəaliyyətlərə cəlb edilməsi (müsabiqələr, konfranslar, praktiki problemlərin həllində iştirak);

-Tələbələr üçün TRIZ üzrə onlayn distant kursların hazırlanması;

Növbəti çıxış edən Natiq Əliyev “Kubok TRİZ 2022” haqqında ümumi məlumat verərək qeyd edib ki, keçmiş müsabiqədə MAA-nın müəllim və tələbələri Diplomlara layiq görülmüşlər.

Fakültə dekanları (dos. Nağiyev Nazim, dos. Məmmədov İlqar və dos. Ağayeva Sevda) və kafedra müdirləri (AMEA-nın müxbür üzvü İsmayılov İsmayıl və dos. İsgəndərov İslam) TRİZ-im müxtəlif aspektlərinin tətbiqini xüsusi vurğulayıblar.

Gələcəkdə birgə işləmək üçün plan qurulmuşdur. TRİZ-in MAA tərəfindən həyata keçirilməsi üçün təşkilati işlər ETNAPİ-nin “Süni intellect texnologiyaları” şöbəsinin rəisi dos.Dadaşov Fuad və söbənin mühəndisləri Əhədov Yəhya, Əlihümbətov Fərruxa həvalə edildi.

Görüşün sonunda sadalanan məsələləri həll etmək üçün TRIZ üzrə birgə metodik şuranın formalaşdırılması qərara alındı.

İMTİ və MAA Memorandumun imzalanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti