Bakı. Çingiz Səfərli - Trend:
Yasamal rayonunda, Şəfayet Mehdiyev küçəsinin bir hissəsinə istiliyin verilməsi dayandırılıb.
Yasamal rayon İstilik Sistemləri İstismar İdarəsindən Trend-ə verilən məlumata görə, buna səbəb magistral su kəmərində qəza baş verməsidir.
Bildirilib ki, qısa müddətdə istiliyin verilməsi bərpa olunacaq.