...

Dillər Universitetində Çin Poeziya Gecəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2021 14:41 (UTC +04:00)
Dillər Universitetində Çin Poeziya Gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Bir şeirin hekayəti” adlı onlayn poeziya gecəsi keçirilib.

Gecəni giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin poeziyasının yüksək insani hisslər, mənəvi duyğular düşüncələr və ənənəvi dəyərlərə ehtiramla dolu unikal mənəvi dünyası və fəlsəfəsindən danışıb.

Gecədə ADU-nun çinşünas tələbələri məşhur Çin yazıçısı, Azərbaycanın xalq şairi Səməd Vurğunun dostu – Ke Çjunpinin “Bakı” adlı şeiri və ÇXR yaradıcısının Mao Tszedunun “Böyük yürüş” şeirinin yaranma tarixindən danışıblar.

Gecədə ADU-nun tələbələri Mao Tszedunun “Çanşa”, “Sarı leylək qalası”, “Əriyin çiçəyi üçün qəsidə” və şair Li Dinin “Anırıq Bakını” eyni zamanda Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın erməni işğalçıları ilə döyüşlərdə həlak olan hərbçilərin xatirəsinə həsr olunmuş şeirlərini çin dilində ifa ediblər.

Poeziya gecəsi çərçivəsində Çinin ənənəvi “Qışın zirvəsi” bayramı və Yeni ilə həsr olunmuş qədim Çin şairlərinin şeirlərinin ən yaxşı ifası üzrə müsabiqə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti