...

Bu şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib

Cəmiyyət 24 Yanvar 2022 11:02 (UTC +04:00)
Bu şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib

Bakı. Humay Ağacanova - Trend:

Binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyəti təmin olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na əsasən binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin xüsusi təhsil müəssisələri istisna olmaqla, pedaqoji fəaliyyətlə məşğul olmaları qadağan olunurdu.

Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən birgə hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.01.2022-ci il tarixində təsdiq olunmuş 23 nömrəli Qərarına əsasən adıçəkilən xəstəlikləri olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyətinə icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti