...

Türkiyədə müalicə alan 25 hərbçiyə əlillik təyin ediləcək

Cəmiyyət 24 Yanvar 2022 12:37 (UTC +04:00)
Türkiyədə müalicə alan 25 hərbçiyə əlillik təyin ediləcək

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan 25 hərbçimizin əlilliyi qiymətləndirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə Agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarından ibarət olmaqla komissiya yaradılıb. Komissiyanın üzvləri İstanbul, İzmit və Bursa şəhərlərində olub.

Ölkə xaricində tibb müəssisələri, yaralı hərbçilər və komissiya üzvləri arasında koordinasiyanın təmin edilməsi məqsədi ilə “YAŞAT” Fondunun əməkdaşları da onlarla birgə ezam olunub.

Qeyd olunan şəhərlərdəki tibb müəssisələrində müalicədə olan hərbçilərimizin hər biri ilə görüşülüb və əyani müayinələri aparılıb, əlillik vəziyyətləri qiymətləndirilib. Müayinələrin nəticələrinə əsasən onlara əlillik dərəcələrinin təyin edilməsi nəzərdə tutulub.

Bunun üçün aidiyyəti qurumların hərbi həkim komissiyalarına hərbçilərimizlə bağlı müvafiq şəhadətnamələri təqdim etmələri üçün müraciət olunub.

Yaxın günlərdə şəhadətnamələr təqdim edildikdən sonra e-sistem üzərindən Türkiyədə müalicə olunan hərbçilərimizə də əlillik dərəcələri və bununla bağlı sosial ödənişlərin təyinatları aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti