...

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku yarışları davam edir (FOTO)

Cəmiyyət Materials 12 Fevral 2022 17:06 (UTC +04:00)
Bakıda batut gimnastikası üzrə Dünya Kuboku yarışları davam edir (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında batut idmanı üzrə Dünya Kuboku yarışları davam edir.

Trend-in məlumatına görə, artıq kişilər arasında fərdi proqramda ikinci təsnifat mərhələsinə (yarımfinal) keçmiş gimnastlar artıq müəyyənləşib.

İndi qadınlar arasında fərdi proqramda təsnifat yarışları keçirilir. Sonra kişilər və qadınlar üçün sinxron cütlər arasında təsnifat keçiriləcək.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Foto - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti