...

Sınaq imtahanının cavabları açıqlanıb

Cəmiyyət Materials 14 Fevral 2022 17:16 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Fevralın 13-də keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, hazırda imtahan materiallarının emalı aparılır.

Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti