...

Xaçmazda növbəti onlayn qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2022 11:44 (UTC +04:00)
Xaçmazda növbəti onlayn qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev videoformatda növbəti dəfə vətəndaşların qəbulunu keçirib. Onlayn görüşdə əvvəlcədən qəbula yazılan sakinlər iştirak edib.

Müraciətlər işə bərpa olunma, pensiya və müavinətlərin təyinatı, kəndlərarası və məhəllə daxili yolların təmiri, işıq, qaz, su ilə təchizat eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti