...

Metropoliten üçün mütəxəssis hazırlığında Dövlət Məşğulluq Agentliyi də iştirak edəcək (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2022 20:22 (UTC +04:00)
Metropoliten üçün mütəxəssis hazırlığında Dövlət Məşğulluq Agentliyi də iştirak edəcək (FOTO)

Bakı. Trend:

Əməkdaşlıq çərçivəsində qatar maşinisti və platforma növbətçisi peşələri üzrə ilk iki kurs artıq təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Bakı Metropoliteni” QSC arasında birgə fəaliyyət müqaviləsi imzalanıb.

Trend xəbər verir ki, sənədi Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev və “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov imzalayıblar.

Tədbirdə “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin fəaliyyəti və son dövrlərdəki layihələri barədə məlumat verilib.

Bildirilib ki, bundan sonra Metropoliten üçün yeni mütəxəssislərin hazırlanmasında Bakı Peşə Hazırlığı Mərkəzinin imkanlarından da istifadə olunacaq. İmzalanan yeni əməkdaşlıq sənədi bunu nəzərdə tutur.

Birgə fəaliyyət çərçivəsində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçılarının, əlilliyi olan şəxslərin, digər həssas təbəqədən olan şəxslərin də metropolitendə mövcud peşə ixtisasları üzrə peşə hazırlığı kurslarına cəlb edilməsi təmin olunacaq.

Kurslara cəlb olunacaq şəxslərin müəyyən olunması və kursların təşkili sahəsində hər iki mərkəz əməkdaşlıq edəcək.

Əməkdaşlıq çərçivəsində 10 nəfər üçün qatar maşinisti və 13 nəfər üçün platforma növbətçisi peşələri üzrə ilk kurslar artıq təşkil olunub.

Tədbir iştirakçıları bu kurslarla tanış olub, müdavimlərlə söhbət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti