...

Yol polisi "Qarabağ" - "Marsel" oyunu ilə bağlı sürücülərə müraciət etdi

Cəmiyyət Materials 24 Fevral 2022 08:05 (UTC +04:00)
Yol polisi "Qarabağ" - "Marsel" oyunu ilə bağlı sürücülərə müraciət etdi

Bakı. Samir Əli - Trend:

Bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq "Qarabağ" - "Marsel" oyununu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.

Bu barədə Trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O qeyd edib ki, azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb.

""Qarabağ" və "Marsel" komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və həmin ərazidən istifadə edən şəxslərin hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur.

Belə ki, azarkeşlərdən stadiona yaxın, yəni Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri xahiş olunur. Əsasən, ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır", - deyə Araz Əsgərli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti