...

Parlament TV yayımçıları üçün rüsumun azaldılması ilə bağlı layihəni birinci oxunuşda təsdiqləyib

Cəmiyyət Materials 4 Mart 2022 14:03 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, diqqətə çatdırılıb ki, hər iki qanun layihələrinə dəyişiklik “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və teleradio yayımı subyektlərinin adıçəkilən qanunla müəyyən edilmiş audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırılıb.

Media haqqında” Qanuna uyğunlaşdırılaraq “Dövlət rüsumu haqqında” Qanunun 22-ci maddəsində müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapmışdır. Müvafiq düzəlişləri nəzərə alaraq “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilir və dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 5000 manat təsbit olunur. Digər maddələrdə isə hər iki Qanuna təklif olunan dəyişikliklər əsasən dəqiqləşdirmə xarakteri daşıyır.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti