...

Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib

Cəmiyyət Materials 10 Mart 2022 18:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 153 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 777 960 nəfər müalicə olunaraq sağalıb, 9 575 nəfər vəfat edib, aktiv xəstə sayı 2 618 nəfərdir.

Ölkədə son sutka ərzində 6 356, hazırkı dövrədək isə 6 617 758 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti