...

Gələn aydan Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq

Cəmiyyət Materials 14 Mart 2022 18:15 (UTC +04:00)
Gələn aydan Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn aydan Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik edilib.

Bakı–Ağdam-Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. Aprel ayından etibarən sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti