...

Bayram günləri 40 mindən çox ağac əkilib

Cəmiyyət Materials 26 Mart 2022 14:39 (UTC +04:00)
Bayram günləri 40 mindən çox ağac əkilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yaz ağac əkini çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam etdirilir.

Trend-in məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov bildirib ki, bayram günləri respublikanın meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 23 hektar ərazidə 40 000-dən çox meşəcinsli ağac tingi əkilib, 300 kq toxum səpilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti