...

Küləkli hava nə qədər davam edəcək?

Cəmiyyət Materials 28 Mart 2022 10:58 (UTC +04:00)
Küləkli hava nə qədər davam edəcək?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 28-i saat 10:00-a olan məlumata əsasən qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, qərb küləyi arabir Şəkidə 25 m/s, İsmayıllı, Qobustanda 24 m/s, Göyçay, Naftalan, Daşkəsəndə 20 m/s, Ağsu, Şabran, Gədəbəydə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtər, Bərdə, Qəbələ, Qubada 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Maştağada 20 m/s, Neft Daşları, Çilov adası, Binədə 19 m/s, Sumqayıtda 18 m/s, Pirallahıda 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.9 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti 30-u gündüzədək davam edəcək.

Martın 28-də müşahidə olunan şimal-qərb küləyi 29-da cənub-qərb küləyi ilə əvəz olunacaq, küləyin maksimal sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti