...

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində İT siniflərin sayı artırılır

Cəmiyyət Materials 18 Aprel 2022 10:38 (UTC +04:00)
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində İT siniflərin sayı artırılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni informatika təmayüllü 10-cu siniflərin açılması nəzərdə tutulur.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

İT siniflərdə keçirilən dərslərin əsas məqsədi şagirdlərin intensiv metodikalarla İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə tədris ediləcək. Dərslərdə şagirdlərə "Python" üzrə alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilməsi nəzərdə tutulub. Dərslər bu istiqamətlər üzrə təkmilləşdirilmiş, təlim keçmiş müəllimlər tərəfindən keçiriləcək.

İnformatika təmayüllü siniflərdə tədris almağın üstünlüyü informatika fənni üzrə qəbul imtahanlarına şagirdlərin daha hazırlıqlı olması, proqramlaşdırma dilləri üzrə praktiki bacarıqların əldə etmə imkanının olmasıdır.

Qeyd edək ki, cari tədris ilində respublikanın dörd şəhərində 11 məktəbin X siniflərində pilot “İT sinifləri”nə start verilib. Hazırda Bakı, Sumqayıt, Gəncə və Mingəçevir üzrə Azərbaycan və rus bölmələrindən olan 316 şagirdi əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti