Bakı. Trend:
Azərbaycanda başlayan güclü şimal-qərb küləyi və rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.
Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, axşama doğru yağıntının kəsiləcəyi gözlənilir:
“Eyni zamanda, gündüz saatlarında güclü şimal-qərb küləyi tədricən mülayimləşəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir”,- deyə G.Məmmədova bildirib.