...

Xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneələrlə bağlı reyd keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2022 16:40 (UTC +04:00)
Xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneələrlə bağlı reyd keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınsöndürən, habelə digər qəza-xilasetmə texnikalarının hərəkətinə süni maneələr törədən faktların aşkar edilib aradan qaldırılması üçün reydləri davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, 21 aprel 2022-ci il tarixində Xidmət əməkdaşlarının paytaxtın Nizami rayonu ərazisində keçirdikləri reydlər zamanı binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, o cümlədən şlaqbaumların quraşdırılması aşkar edilib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin maneələr demontaj olunub, vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.

Reyd zamanı DYNX-nin məsul əməkdaşları vətəndaşlara fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı qəza-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyi tövsiyə edib və xatırladıb ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti