Bakı. Trend:
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 476 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 634 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.
Ölkədə son sutka ərzində 3 403, hazırkı dövrədək isə 6 792 132 test aparılıb.