...

Azərbaycan komandası Bakıda FIG Dünya Kubokunda qrup hərəkətlərində ikinci finala yüksəlib

Cəmiyyət Materials 23 Aprel 2022 19:47 (UTC +04:00)
Azərbaycan komandası Bakıda FIG Dünya Kubokunda qrup hərəkətlərində ikinci finala yüksəlib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun ikinci günü çərçivəsində qrup hərəkətlərində Azərbaycan komandası üç lent və iki topla proqramın finalına yüksəlib.

Trend xəbər verir ki, çıxışı Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb Qummatova, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komanda təqdim edib. Azərbaycan komandası hakimlər tərəfindən 30,600 bala layiq görülüb.

Üç lent və iki topla finala həmçinin İtaliya (31.350 xal), İsrail (30.400 xal), Almaniya (27.000 xal), Yaponiya (26.300 xal), Özbəkistan (25.950 xal), Qazaxıstan (23,800 xal), Estoniyanı (21,850 xal) təmsil edən komandalar yüksəlib.

Xatırladaq ki, ilk təsnifat günündə Azərbaycan komandası beş halqa ilə hərəkətlərin finalına çıxmışdır.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti