...

Bakıda FIG bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2022 20:22 (UTC +04:00)
Bakıda FIG bədii gimnastika üzrə Dünya Kubokunda  çoxnövçülük üzrə qaliblər mükafatlandırılıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 23-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə çoxnövçülük üzrə FIG Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, fərdi çoxnövçülükdə italiyalı Sofiya Raffaelli qızıl, bolqarıstanlı Boryana Kalein gümüş, digər italiyalı idmançı Milena Baldassarri isə bürünc medal qazanıb.

Medalları gimnastlara Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, Beynəlxalq Gimnastika Federasiyasının texniki komitəsinin üzvləri Karolin Hant və Natalya Bulanova təqdim ediblər.

Qrup hərəkətləri üzrə komandalar arasında çoxnövçülükdə İtaliya komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Azərbaycan təmsilçiləri ikinci, İsrail komandası isə üçüncü yeri tutub.

Komandalara medalları gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Gimnastika Federasiyasının texniki komitəsinin üzvü Lyubov Çerkaşina, "SmartScoring"-in direktoru Kamran Ramazanov təqdim ediblər.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti