...

Allahşükür Paşazadə Strasburqa gedir

Cəmiyyət Materials 29 Aprel 2022 14:03 (UTC +04:00)
Allahşükür Paşazadə Strasburqa gedir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşür.

QMİ-dən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Avropa Şurasının 2 may tarixində «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etməkdir.

Dinlərarası dialoqun təşviqi yönündə Avropa Şurasının bu konfransı Avropa cəmiyyətlərində ənənəvi dinlərin liderləri arasında dialoqu inkişaf etdirərək onun fundamental prinsiplərini qəbul etmək məramı daşıyır. Qeyd edək ki, bu təşəbbüs G20 çərçivəsində Dinlərarası Forumun və Dinlərarası dialoq üzrə Strasburq prinsiplərinə ehtiram ruhunda gündəmə gəlmişdir.

Müxtəlif dinlərin tanınmış xadimlərinin qatıldığı konfransda məruzə ilə çıxış edəcək QMİ sədri Şeyxülislam A. Paşazadə İslam dünyasının yeganə təmsilçisi qismində tədbirə dəvət alıb. Çıxışında Şeyxülislam A.Paşazadə müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini bölüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti