Bakı. Trend:
Bu il "Son zəng" ənənəvi qaydada keçirləcək.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltif olunması mərasimində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, pandemiya hələ də davam edir:
“Mövcud qaydalar əsasında bu il məktəblərdə "Son zəng" şənliyinin keçirilməsi gözlənilir” ,- deyə o əlavə edib.