...

“Ekpres Keno” virtual lotereyasında üç böyük uduş qeydə alınıb (FOTO)

Cəmiyyət Materials 10 May 2022 11:47 (UTC +04:00)
“Ekpres Keno” virtual lotereyasında üç böyük uduş qeydə alınıb (FOTO)

Bakı. Trend:

Şanslı qaliblərdən biri 40 manatlıq bilet alaraq 25.0000, digəri 2 manatlıq biletlə 20.000 manat, 20 manatlıq bilet alan digər qalib isə 12.500 manat qazanıb.

“Azərlotereya” ASC-nin “Ekpres Keno” virtual lotereyasında iki böyük uduş qeydə alınıb. Bakı sakini virtual lotereyada 40 manatlıq bilet əldə edərək 25.000 manat qazanıb. 20.000 manat isə Kürdəmir rayon sakini tərəfindən virtual lotereyada 2 manatlıq bilet alınaraq qazanılıb.

Qeyd edək ki, bu ilin yanvar ayında təqdim edilən “Ekpres Keno” virtual lotereyasında dəyəri 10.000, 5.000 və 3000 manat olmaqla dəfələrlə irili-xırdalı uduşlar olub.

“Ekpres Keno” hər beş dəqiqə ərzində bir milyon manat qazanmaq imkanı verin unikal virtual lotereyadır. Lotereya həvəskarları paytaxtda və regionlarda fəaliyyət göstərən “Misli” məntəqələrinə yaxınlaşaraq həm şanslarını sınaya, həm də vaxtlarını əyləncəli keçirə bilərlər.

“Ekpres Keno” virtual lotereyasında biletin minimum qiyməti 1 manat təşkil edir. “Ekspres Keno” virtual lotereyası başladıqda, ilkin olaraq kompyuter alqoritmi vasitəsi ilə təsadüfi prinsipinə əsasən “Çarpan” təyin olunur (1X, 2X, 5X və ya 10X). Təyin olunmuş “Çarpan” unikal uduşları 2, 5 və ya 10 dəfə artırmaq imkanı verir.

Oyunun nəticələri haqqında məlumat uduşların oynanılmasından sonra “Azərlotereya” ASC-nin www.azerlotereya.com rəsmi internet səhifəsində yerləşdirilir. Oyun şərtləri ilə rəsmi saytımızda və Youtube kanalımızda tanış ola bilərsiniz. https://azerlotereya.com/az/content/71

VİDEO

https://www.youtube.com/watch?v=kv1ac5loe2s&list=PLnFClGWOj_sQlH6_QOCWahrQNEzisnX4i&index=4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti