...

Qobu və Hökməli qəsəbələrinə içməli suyun verilməsində fasilə yaranacaq

Cəmiyyət Materials 16 May 2022 19:02 (UTC +04:00)
Qobu və Hökməli qəsəbələrinə içməli suyun verilməsində fasilə yaranacaq

Bakı. Trend:

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 16 may 2022-ci il tarixində axşam saatlarından başlayaraq 17 may 2022-ci il tarixində gün ərzində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Trend-ə "Azərsu" ASC-dən bildirilib.

ASC narahatlıqla bağlı abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti