...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 1 İyun 2022 16:32 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 720 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 344, üç və daha çox doza vaksin vurduranların sayı 1 788, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 200 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 726 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 348 193, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 219, üç və daha çox doza vaksin vurduranların sayı 3 282 722, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 032 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti