...

Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

Cəmiyyət Materials 13 İyun 2022 11:25 (UTC +04:00)
Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Şamaxı yolunda şagirdlərin yol qəzasına düşməsi ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb. Hazırda cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktı Trend-ə Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Xatırladaq ki, iyunun 13-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya qəbul edilib. Xəsarət alanlardan 2 nəfər Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti