Bakı. Trend:
"YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Fonddan Trend-ə verilən məlumata görə, Şəhid Elcan Rəhimlinin
övladı Selcan Rəhimli və müharibə əlili Səbuhi Eyvazovun əməliyyat
xərcləri Fond tərəfindən qarşılanıb.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı
məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar"
(https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə
bilərsiniz.