...

“Həkimlərimizi tanıyın!” - Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı kardioloqu Emin Allahverdiyev

Cəmiyyət Materials 5 İyul 2022 20:00 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” - Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı kardioloqu Emin Allahverdiyev

Bakı. Trend:

Dr. EMİN ALLAHVERDİYEV Mərkəzi Gömrük Hospitalında EKQ, ExoKardioqrafiya, Fiziki Yük sınağı (Stress Test), Holter Monitorinqi, Kardioversiya, Koronar Angioqrafiya və Koronar Angioplastika ilə məşğul olur.

Dr.Emin Allahverdiyev 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2008-2009-cu illərdə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda, 2010-2011-ci illərdə Mərkəzi Neftçilər xəstəxanasında, 2011-2020-ci illərdə Mərkəzi Dənizçilər Xəstəxanasında işləmişdir. 2020-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi çalışır.

Dr.Emin Allahverdiyev öz üzərində daim çalışan yüksəkixtisaslı mütəxəssisdir. O, 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Həkimləri təkmilləşdirmə İnstitutunda Exokardioqrafiya üzrə, 2019-cu ildə Türkiyənin Ankara şəhərində Başkent Universiteti Ankara Xəstəxanasında ExoKQ və Koronar Angioqrafiya, 2021-ci ildə isə Minsk şəhərində Elmi-Praktik Kardiologiya İnstitutunda invaziv müdaxilələr üzrə kurslar keçmişdir.

Dr.Emin Allahverdiyev daim öz üzərində çalışır, dünya mətbuatını izləyir və öz sahəsinə aid bütün yenilikləri, elmi nailiyyətləri mənimsəyərək, öz gündəlik təcrübəsində tətbiq etməyə çalışır. O, beynəlxalq konfranslarda, o cümlədən 2014-cü ildə Polşa Kardiologiya Cəmiyyətinin Poznan şəhərində təşkil etdiyi konqresdə, 2017-ci ildə Avropa Kardiologiya Cəmiyyətinin Barselona, 2018-ci ildə Münhen şəhərlərində təşkil etdiyi konqreslərdə və Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkil etdiyi konfranslarda fəal iştirak etmişdir. Dr.Emin Allahverdiyev Azərbaycan və Avropa kardiologiya cəmiyyətinin üzvüdür. Dr.Emin Allahverdiyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti