...

Bu gün qan verənlərin sayı açıqlanıb

Cəmiyyət Materials 8 Avqust 2022 18:27 (UTC +04:00)
Bu gün qan verənlərin sayı açıqlanıb

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları baş tutub.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib.

Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.

Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti