...

Azərbaycan gimnastı Nikita Simonov İslamiadada gümüş medal qazanıb

Cəmiyyət Materials 11 Avqust 2022 23:08 (UTC +04:00)
Azərbaycan gimnastı Nikita Simonov İslamiadada gümüş medal qazanıb

Konya.Trend:

Azərbaycan gimnastı Nikita Simonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Trend-in cümə axşamı verdiyi məlumata görə, gimnastika üzrə kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Nikita Simonov halqa ilə hərəkət proqramında ikinci yeri tutub.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları atıcılıq, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-oxatma, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti