...

Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub

Cəmiyyət Materials 17 Avqust 2022 16:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 806 472 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 427 nəfərdir.

Ölkədə son sutka ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti