...

Hindistanda daşqınlar 22 nəfərin həyatına son qoyub

Cəmiyyət Materials 21 Avqust 2022 06:48 (UTC +04:00)
Hindistanda daşqınlar 22 nəfərin həyatına son qoyub

Bakı. Trend:

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ötən gün ərzində səkkiz nəfərlik ailə də daxil olmaqla ən azı 22 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.

Trend xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Sudeş əyalətinin təbii fəlakətlərlə mübarizə departamentinin direktoru Kumar Mohta bildirib.

"Maksimum zərər Mandi, Kangra və Çamba rayonlarında qeydə alınıb", - Mohta bildirib.

Torpaq sürüşmələri ştatın bir çox yollarında, o cümlədən Manalidən Çandiqarxa gedən böyük magistralda nəqliyyatın hərəkətini iflic edib. Ən çox insan Mandi rayonunda ölüb - 13 nəfər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti