...

İrəvan xanının nəticəsi Ağdama səfər edib (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2022 01:15 (UTC +04:00)
İrəvan xanının nəticəsi Ağdama səfər edib (FOTO)

Bakı. Trend:

İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani Ağdama səfər edib.

Trend xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun “Twitter”dəki paylaşımında deyilir.

"Bu günlərdə Füzuliyə səfər edən İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani Ağdama da səfər edib. Qonaq Şahbulaq qalasını, İmarət qəbiristanlığını ziyarət edib, dini və tarixi abidələrdə, məzarlıqlarda törədilmiş erməni vandalizmi ilə tanış olub", - paylaşımda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti