Bakı. Trend:
2022-ci ildə Rusiyaya təxminən 200 min azərbaycanlı səfər edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müşaviri Rüfət Hacıyev deyib.
Onun sözlərinə görə, ilin sonunadək bu göstərici 300 minə çata bilər.
"2017-ci ildən pandemiya başlayanadək Rusiyaya hər il 900-920 min nəfər gedirdi. Pandemiya dövründə bu göstərici kəskin azaldı. 2021-ci ildə bu rəqəm 200 min nəfərə bərabər olub", - R.Hacıyev deyib.
(Tərcümə: Orxan Nəbiyev)