...

Paytaxtda 100-ə yaxın avtobus tıxacda qalıb

Cəmiyyət Materials 31 Avqust 2022 09:26 (UTC +04:00)
Paytaxtda 100-ə yaxın avtobus tıxacda qalıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 26 müntəzəm marşrut xətti üzrə 93 avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə olunur:

1.Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 6-8 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi – Azadlıq metro stansiyası istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

3. Koroğlu Rəhimov küçəsi Heydər Əliyev prospekti istiqamətində 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqəy gecikmə müşahidə olunur.

4.Ziya Bünyadov prospekti 20 yanvar dairəsi istiqamətində 9, 7A, 7B, 67, 85, 199, 211 marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti