...

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib

Cəmiyyət Materials 9 Sentyabr 2022 07:51 (UTC +04:00)
Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib

Bakı. Trend:

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

Trend-in məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

“Singapore Airlines” aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Boeing B777” təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti