...

Mingəçevir Dövlət Universitetində Oriyentasiya Günü keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2022 16:58 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində Oriyentasiya Günü keçirilib (FOTO)

Bakı. Trend:

2022-ci ilin 14 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni qəbul olunmuş tələbə və magistrantlar üçün Oriyentasiya Günü təşkil olunub. MDU-nun bir qrup əməkdaşı və tələbə könüllülər universitetlə tanışlıq prosesinə dəstək göstəriblər.

MDU-nun birinci kurs tələbə və magistrantları fakültə dekanlıqları, kafedralar, mərkəzlər, şöbələr, auditoriyalar, laboratoriyalar, kitabxana, yeməkxana, idman kompleksi və universitetin digər struktur bölmələri ilə yaxından tanış olublar. Tələbələrə son dövrdə universitetin modernləşməsi istiqamətində görülən işlərdən bəhs edilib, gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlar, ali təhsil mühiti, tələbə həyatı və tədris prosesi barədə ətraflı məlumat verilib və onları maraqlandıran bütün suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-da ənənəvi olaraq hər tədris ilinin başlanğıcında Oriyentasiya Günü keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti