...

Bu ildən istilik sistemlərinə sayğac quraşdırılacaq

Cəmiyyət Materials 17 Sentyabr 2022 11:33 (UTC +04:00)
Bu ildən istilik sistemlərinə sayğac quraşdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə olaraq müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur.

Bunu Trend-ə açıqlamasında “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

“Azəristiliktəchizat” ASC-də sayğaclaşma ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlanılıb, - mətbuat katibi qeyd edib.

Qeyd edək ki, hazırda istilik tarifləri mənzilin sahəsinə görə hesablanır. 1 kvadratmetrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti