...

Bazar günü hava necə olacaq?

Cəmiyyət Materials 24 Sentyabr 2022 12:25 (UTC +04:00)
Bazar günü hava necə olacaq?

Bakı. Trend:

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 20-22° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəziyerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-16° isti, dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti